Bank Of Baku

İran körfəzində kimyəvi, fiziki və geoloji ölçmə əməliyyatları həyata keçiriləcək

İran körfəzində kimyəvi, fiziki və geoloji ölçmə əməliyyatları həyata keçiriləcək
# 23 iyul 2012 08:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu ilin sentyabrında İran Fars körfəzində kimyəvi, fiziki və geoloji ölçmə əməliyyatları həyata keçirəcək. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İranın Milli Okeanologiya Təşkilatının rəhbəri Vahid Çegini açıqlama verib. Onun sözlərinə görə, əməliyyat 18 ay davam edəcək. Əməliyyatda əsas məqsəd Hörmüz boğazında baş verən dəyişiklikləri daha yaxından öyrənməkdir. Bu əməliyyat İran körfəzində ilk dəfə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR