Bank Of Baku

İranlı deputat: “İran “S-300” zenit-raket kompleksləri ilə bağlı öhdəliyi yerinə yetirmədiyinə görə Rusiyadan təzminat alacaq”

İranlı deputat: “İran “S-300” zenit-raket kompleksləri ilə bağlı öhdəliyi yerinə yetirmədiyinə görə Rusiyadan təzminat alacaq”
# 23 iyul 2012 11:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran Rusiyadan “S-300” zenit-raket komplekslərinə görə təzminat alacaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi bildirib. Onun sözlərinə görə, İran bunun üçün beynəlxalq məhkəməyə müraciət edib və şikayətini geri götürməyəcək.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç İrandan satmaqdan imtina etdiyi “S-300” zenit-raket kompleksləri ilə bağlı beynəlxalq məhkəmədə qaldırdığı iddiasını geri götürməsini istəyib. O bildirib ki, məsələ ikitərəfli razılaşma yolu ilə də həll oluna bilər: “Məntiqlə beynəlxalq məhkəməyə müraciət etmək şübhəsiz hər bir ölkənin haqqıdır. Ona görə də İranın Rusiyadan “S-300” zenit-raket komplekslərini təslim ala bilməməsindən dolayı beynəlxalq məhkəmədə iddia qaldırmaq haqqına sahib olduğunu rədd etmirik, Lakin biz daim bunun problemlərin aradan qaldırılması üçün uyğun variant olmadığına inanmışıq və hələ də inanırıq. İki ölkə arasındakı əlaqələr aradakı problemlərin şikayətsiz də həll olunmasına imkan yaradır”. O deyib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, “S-300” zenit-raket komplekslərini İrana təslim etməyib: “Biz artıq bu məsələdə ağılla hərəkət edilməsini və problemi qarşılıqlı şəkildə həll etməyi xahiş edirik”.

Xatırladaq ki, İrana 800 milyon dollarlıq “S-300” zenit-raket kompleksinin satılmasına dair müqavilə bir neçə il əvvəl imzalansa da, Tehran həmin sistemi ala bilməyib. Rusiya prezidenti 2010-cu il sentyabrın 22-də fərman imzalayaraq İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya sistemləri, zirehli texnika, hərbi təyyarə, vertolyot və gəmilər satılmasını yasaqlayıb. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub. Ona görə də “S-300” zenit-raketləri kompleksləri ilə bağlı müqavilənin pozulmasından narazı qalan İranın Müdafiə Nazirliyi və “Aerospace İndustries Organisation” şirkəti Cenevrə Beynəlxalq Tretey Məhkəməsinə üz tutaraq Rusiyadan 4 milyard ABŞ dolları təzminat istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR