Bank Of Baku

İran Suriya rəhbərliyini vətəndaş müharibəsini sona çatdırmaq üçün seçkiyə getməyə çağırıb

İran Suriya rəhbərliyini vətəndaş müharibəsini sona çatdırmaq üçün seçkiyə getməyə çağırıb
# 24 iyul 2012 00:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Suriya rəhbərliyini vətəndaş müharibəsini sona çatdırmaq üçün seçkiyə getməyə çağırıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bildirib ki, Suriyada parlament seçkiləri ilə birlikdə prezident seçkisi də keçirilməlidir. Onun sözlərinə görə, belə bir plan Suriyadakı qarşıdurmaları sona çatdıra bilər: “Suriya rəhbərliyi də bu çağırışı dəstəkləyir”.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd ötən ilin dekabr ayında ABC telekanalına müsahibəsində 2014-cü ildə ölkəsinin prezident seçkisinə getməsini hədəflədiyini bildirmişdi. Suriyada son olaraq ötən ilin may ayında parlament seçkiləri keçirilmişdi. Ancaq müxalifət bu seçkiləri boykot etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR