Bank Of Baku

Suriya müxalifətçilərini Livanda girov götürüblər

Suriya müxalifətçilərini Livanda girov götürüblər
# 24 iyul 2012 02:30 (UTC +04:00)
Bakı-APA. Livanda bir qrup Suriya müxalifətçilərini “əl-Muxtar as-Sakifi” təşkilatı girov götürüb.
APA-nın verdiyi xəbərə görə, təşkilatın “Mayadin” telekanalına göndərdiyi məktubda Suriyada 11 şiə zəvvarının azad olunması tələb edilir. Bu zəvvarlar mayın 22-də Aleppo şəhərinin şimalında Suriya –Türkiyə sərhədini keçərkən girov götürülüblər. Müxalif Azad Suriya ordusunun nümayəndəsi iyulun 22-də bildirmişdi ki, şiələr Suriyada mövcud rejim devrildikdən sonra azad olunacaqlar. Bir qədər əvvəl isə Suriya müxalifəti girovların azad olunması üçün şiə “ Hizbollah” təşkilatının başçısı Həsən Nəsrullahın Suriya prezidentini dəstəklədiyinə görə üzr istəməsini tələb edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR