Bank Of Baku

Honkonqda baş vermiş qasırğada 100 nəfər xəsarət alıb

Honkonqda baş vermiş qasırğada 100 nəfər xəsarət alıb
# 24 iyul 2012 04:20 (UTC +04:00)
Bakı-APA. Honkonqda baş vermiş “Vinsent” qasırğasında 100 nəfər xəsarət alıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, küləyin sürəti saatda 140 km çatıb. Şəhərdə ağaclar, reklam lövhələri aşıb. 118 nəfərə tibbi yardım göstərilib. Honkonq dəniz limanı işini dayandırıb, banklar, dövlət müəssisələri, məktəblər, Honkonq fond birjası bağlanılıb. Hava limanında 270 avia reys təxirə salınıb. Qasırğa Çinin Quandun və Quansi-Çjuan əyalətinə tərəf hərəkət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR