Bank Of Baku

İranda Ramazan ayında küçədə yeyib-içən şəxslərə qarşı tədbirlər sərtləşdirilir - FOTO

İranda Ramazan ayında küçədə yeyib-içən şəxslərə qarşı tədbirlər sərtləşdirilir - <font color=red>FOTO</font>
# 24 iyul 2012 16:44 (UTC +04:00)
APA-nın İran mətbuatına istinadən məlumatına görə, ictimai yerlərdə yeyib-içənləri tapmaq və işləyən restoranları müəyyənləşdirmək üçün yoxlamalara start verilib. Nəticədə ölkənin paytaxtı Tehran şəhərində şəriət qaydalarına riayət etməyən və gizli fəaliyyət göstərən restoran və iş yerlərinin qapıları möhürlənib, avtomobillərin içərisində və ya ictimai yerlərdə yeyib-içənləri müəyyənləşdirmək üçün sürücülər maşınlardan düşürülərək axtarışlar aparılıb.
İran hüquq-mühafizə qüvvələrinin komandanı, polis generalı İsmayıl Əhmədi Müqəddəm bildirib ki, Ramazan ayı boyunca davamlı əməliyyatlar həyata keçirilərək, açıq sahələrdə yeyib-içən şəxslərə qarşı qanuni ölçüdə tədbirlər görüləcək: “Şəhər içərisindəki restoranlar yalnız iftardan sonra açıq olacaq. Sərnişinlərə xidmət göstərən şəhərlər arasındakı kafelərdə isə içərini göstərməyən şüşələrdən istifadə olunması zəruridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR