Bank Of Baku

İranda toyuq ətinin bahalaşmasına qarşı etirazlar başlayıb

İranda toyuq ətinin bahalaşmasına qarşı etirazlar başlayıb
# 24 iyul 2012 23:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İyulun 23-də İranın şimal-şərqində yerləşən Nişapur şəhərində toyuq ətinin bahalaşmasına etiraz olaraq aksiya keçirilib. APA-nın İSNA-ya istinadən məlumatına görə, əhalisinin sayı 270 min nəfər olan şəhərin əsas meydanına toplaşan minlərlə sakin toyuq ətinin son iki ay ərzində iki dəfə bahalaşmasının günahını hökümətdə gördüklərini bildiriblər və bununla bağlı müxtəlif şüarlar səsləndiriblər. Aksiya iştirakçıları həmçinin elektrik enerjisinin fasilələrlə verilməsi, milli valyutanın ucuzlaşması, sosial yardımların azalması ilə bağlı da etirazlarını bildiriblər. Polis aksiyaya heç bir müdaxilə etməyib.
Qeyd edək ki, İranda toyuq ətinin qiyməti son bir ildə 3 dəfə artıb. Ona görə də İran hökuməti toyuq ətinin qiymətinin gündən-günə qalxmasına seyrçi qalmayaraq bazarlara 54 min ton toyuq əti göndərib. Hər gün saat 07.00-dan 17.00-dək 1700 ton toyuq əhaliyə güzəştli qiymətlərlə, yəni 80 min riala, yaxud 6,7 dollara satılır. Bu da toyuq əti satılan mağazaların qarşısında böyük növbələrə səbəb olub. Yüzlərlə insan toyuq əti almaq üçün sırada dayanır. Hətta növbəni tutmaq üçün insanlar bir neçə gün öncədən yazılır. Bu zaman iki gün ərzində “güzəştli” qiymətlə toyuq almaq olur. Ancaq növbələr zamanı bədbəxt hadisələrin də baş verdiyi bildirilir. Belə ki, Tehranın cənubunda, paytaxtın yoxsullar yaşayan bölgəsində belə toyuq növbələrinin birində bir qadının öldüyü, iki nəfərin isə yaralandığı barədə məlumat yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR