Bank Of Baku

Ayətullah Xamneyi: “İrana qarşı təzyiqlərin arxasında yalnız ABŞ və İsrailin maraqları dayanır” - FOTO

Ayətullah Xamneyi: “İrana qarşı təzyiqlərin arxasında yalnız ABŞ və İsrailin maraqları dayanır” - <font color=red>FOTO</font>
# 25 iyul 2012 10:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrana qarşı təzyiqlərin arxasında yalnız ABŞ və İsrailin maraqları dayanır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu sözləri İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi ölkə rəsmiləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyalara qoşulan digər ölkələr isə bu oyunun oyunçularıdır: “Ancaq ABŞ və İsrailin təzyiq və zorbalıq siyasətini bu şərtlərdə davam etdirməsi mümkün deyil. Elə İrana qarşı tətbiq olunmuş sanksiyadan 20 ölkənin azad edilməsi və bəzi Qərb ölkələrinin də bu sanksiyalardan yayınmaq səyləri mövcud şərtlərdə bu siyasətin davam etməsinin qeyri-mümkün olduğunu göstərir. Bu da müqaviməti davam etdirməyimizin labüd olduğunu ortaya qoyur”.

Ayətullah Xamneyi deyib ki, təzyiqlər və sanksiyalar səbəbindən İran xalqı və rəsmiləri öz hesablarını nəzərdən keçirir: “Biz hesablamalarımızı dəyişdirmədiyimiz kimi, daha etibarla İran xalqının istədiyi yola davam edəcəyik. Bir neçə imperialist dövlətin İrana qarşı çıxmasının səbəbi nüvə proqramı deyil, onlar ölkəmizdəki mövcud quruluşu istəmirlər. Ancaq bir zamanlar İran gəmilərini hədəf alan və neft platformalarını bombardman edən düşmən bu gün İrana yaxınlaşmağa cürət belə edə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR