Bank Of Baku

Rusiya Suriya hökumətinə xabərdarlıq edib

Rusiya Suriya hökumətinə xabərdarlıq edib
# 25 iyul 2012 11:14 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya Suriya hökumətinə xəbərdarlıq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriya hökumətindən kimyəvi silahların istifadə olunmasını qadağan edən protokola əməl olunmasını tələb edib.

Rusiya XİN-dən verilən açıqlamada Suriyanın 1968-ci ildə 1925 saylı kimyəvi və bioloji silahların istifadə olunmasını qadağan edən Cenevrə protokolunu imzaladığını xatırladılıb: “Rusiya, Suriya hökumətinin beynəlxalq öhdəliklərə gələcəkdə də sadiq qalacağını gözləyir”.

Qeyd edək ki, Suriya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cihad Makdisi əllərində olan kimyəvi silahları Suriya vətəndaşlarına qarşı istifadə etməyəcəklərini, ancaq xarici düşmənlərə qarşı istifadə edə biləcəklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR