Bank Of Baku

Rusiyanın BMT-də daimi nümayəndəsi: “Bəşər Əsədin rəsmi Moskvadan təlimat alması ilə bağlı iddialar əsassızdır”

Rusiyanın BMT-də daimi nümayəndəsi: “Bəşər Əsədin rəsmi Moskvadan təlimat alması ilə bağlı iddialar əsassızdır”
# 25 iyul 2012 14:38 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “Suriya prezidenti Bəşər Əsəd Moskvadan hər hansı bir təlimat almır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib. Onun sözlərinə görə, Bəşər Əsədin rəsmi Moskvadan təlimat alması ilə bağlı iddialar əsassızdır: “Bəşər Əsəd vəzifəsindən getmək istəmir, çünki bu, vəziyyəti daha da gərginləşdirəcək”.

Suriya XİN rəsmisinin kimyəvi silahların istifadə oluna biləcəyi ilə bağlı açıqlaması Rusiyada gündəm mövzusu olub. Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbə “Kommersant” qəzetinə açıqlamasında Suriyanın ciddiyə alınacaq qədər kimyəvi silahı olmadığını söyləyib. Mənbə Rusiyanın münaqişə bölgəsinə hərbi qüvvə göndərəcəyi ilə bağlı iddiaları da təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR