Bank Of Baku

İranın müdafiə naziri: “Vurduğumuz ABŞ pilotsuz təyyarəsinin gizli kodlarını açmaq üçün səyləri davam etdiririk”

İranın müdafiə naziri: “Vurduğumuz ABŞ pilotsuz təyyarəsinin gizli kodlarını açmaq üçün səyləri  davam etdiririk”
# 25 iyul 2012 16:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran ötən il dekabrın 4-də ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” pilotsuz təyyarəsinin gizli kodlarının tam açılması üçün səylərini davam etdirir”. APA-nın İran mətbuatına istinadən yaydığı məlumata görə, bu fikirləri İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi bildirib. Onun sözlərinə görə, hələlik bu təyyarə ilə bağlı ictimaiyyətə informasiyaların verilməsi məqsədəuyğun sayılmır.

Ə. Vahidi Rusiyanın bir neçə il əvvəl bağladığı müqavilə əsasında 800 milyon dollar dəyərində 5 ədəd “S-300” zenit-raket komplekslərini İrana satmaqdan imtina etməsinə də münasibət bildirib: “Hazırda İranla Rusiya arasında bu məsələ mübahisə mövzusu olaraq qalır və tərəflər həll yolunun tapılması üçün müzakirələri davam etdirirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR