Bank Of Baku

İranla İsrailin BMT-dəki səfirləri arasında mübahisə olub

İranla İsrailin BMT-dəki səfirləri arasında mübahisə olub
# 26 iyul 2012 13:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. BMT Təhlükəsizlik Şurasında Orta Şərqdəki vəziyyətə dair keçirilən debatda İranla İsrail nümayəndələri arasında mübahisə yaranıb. APA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai çıxışı zamanı Bolqarıstanın Burqas hava limanında 5 israilli turist və 1 bolqar sürücünün ölümü ilə nəticələnən terror aktına görə İsraili ittiham edib: “İsrail rəsmilərinin hücumdan bir neçə dəqiqə sonra İranı günahlandırması maraqlıdır. Biz heç bir zaman günahsız insanlara qarşı belə alçaqcasına hərəkət etmərik və etməyəcəyik də. Bu cür terror aktları yalnız kiçik siyasi qazanclar təmin etmək üçün oxşar hücum və sui-qəsdlərlə dolu olan bir rejim tərəfindən planlanıb reallaşdırıla bilər. Bu rejimin on illər boyunca öz vətəndaşlarını və günahsız yəhudi xalqını öldürdüyü çox sayda hadisəni nümunə göstərə bilərəm”.

İsrailin BMT-dəki səfirinin müavini Xaim Vaxman isə buna etiraz edərək bildirib ki, Bolqarıstanda, ümumiyyətlə, son aylarda dünyada baş verən bir neçə terror aktında İranın barmağı var: “İranın Bolqarıstandakı terror aktına görə İsraili günahlandırması qorxuncdur. Amma bu, bizim üçün təəccüblü deyil. Çünki İran hökuməti 2001-ci ilin 11 sentyabr hadisələrini də sui-qəsd adlandırıb və Holokostu da təkzib edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR