Bank Of Baku

İranın vitse-prezidenti: “İran hər zaman Suriyanın yanında olacaq”

İranın vitse-prezidenti: “İran hər zaman Suriyanın yanında olacaq”
# 27 iyul 2012 01:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Suriya ilə bağlı mövqeyini dəyişməyəcək və hər zaman suriyalı qardaşlarının yanında olacaq”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu sözləri İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi Suriya baş nazirinin müavini Ömər Qalavanci ilə görüşündə bildirib. Onun sözlərinə görə, Suriya xalqı düşmənlərin sui-qəsdləri qarşısında əyilməyəcək: “Hərçənd Qərb dövlətləri tərəfindən Suriya dövləti və xalqına qarşı ağır hücumlar edilməkdədir. Lakin Suriya xalqı bu təxribatlara qarşı bütün gücü ilə sinə gərəcək”.

Qeyd edək ki, Suriya baş nazirinin müavini Ömər Qalavancinin rəhbərlik etdiyi və tərkibinə bir neçə nazirin də daxil olduğu böyük nümayəndə heyəti İranda səfərdədir. Səfər çərçivəsində Suriya nümayəndə heyəti İranın xarici işlər naziri Əli Əkbər Salehi, İran parlamentinin sədri Əli Laricani, İranın energetika naziri Məcid Namcu, İranın vitse-prezidenti Əli Səidlu və başqa rəsmilərlə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR