Bank Of Baku

Suriya-İordaniya sərhədindəki atışmada ölənlər var

Suriya-İordaniya sərhədindəki atışmada ölənlər var
# 27 iyul 2012 02:53 (UTC +04:00)
Bakı-APA. Suriya-İordaniya sərhədində gedən atışmada 1 uşaq həlak olub. Bu barədə APA Anadolu agentliyinə istinadən məlumat verir. Həmçinin 1 iordaniyalı əsgərin Remsa Dövlət xəstəxanasına qaldırıldığı bildirilir.

Xatırladaq ki, Suriya ordusunun ölkədən İordaniyaya qaçanlara atəş açması nəticəsində İordaniya sərhəd qoşunları ilə Suriya əsgərləri arasında atışma başlayıb.

Qaçqınlar Deraa şəhərinin Əş-Şəhab rayonundan İordaniyaya keçməyə cəhd ediblər. Məlumata görə, atışma nəticəsində xeyli insan yaralanıb. Həmçinin İordaniyanın sərhədə doğru əlavə qoşun birlikləri yeritdiyi də bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR