Bank Of Baku

ABŞ Konqresinə İranın hərbi potensialı ilə bağlı illik hesabat təqdim olunub

ABŞ Konqresinə İranın hərbi potensialı ilə bağlı illik hesabat təqdim olunub
# 27 iyul 2012 23:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ İranın dəqiq vurmaq qabiliyyətinə malik uzunmənzilli raketlər istehsal etdiyini açıqlayıb. APA-nın “Press TV”yə istinadən məlumatına görə, bu barədə ABŞ-ın İranın hərbi potensialı ilə bağlı illik nəşr etdiyi hesabatda qeyd olunub. Xəbərdə bildirilir ki, İranın raketlərinin sayı son illərdə xeyli artıb. Eyni zamanda hesabatda vurğulanır ki, İran ballistik raketlər istehsal olunan yerləri lazım gəldikdə rahatlıqla dəyişdirir: “İran hərbi sahədə son dərəcə irəliləyib”. ABŞ Konqresinə də təqdim edilən sənəddə İranın raket hücumlarına qarşı qoymaq sistemlərinin də gücü olduğu bildirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR