Bank Of Baku

İran hökuməti xaricə səfər edən ölkə vətəndaşları üçün valyuta satışını dayandırıb

İran hökuməti xaricə səfər edən ölkə vətəndaşları üçün valyuta satışını dayandırıb
# 28 iyul 2012 08:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran hökuməti xarici ölkələrə səfər edən vətəndaşları üçün valyuta satışını dayandırıb. APA-nın məlumatına görə, hökumət indiyədək xaricə gedən ölkə vətəndaşlarına valyutanı sərbəst bazar qiymətlərindən təxminən 40% ucuz satırdı. İran xarici ölkələrə səfər edən vətəndaşlarına qısa məsafələr üçün adambaşına 400 dollar, uzun məsafələr üçün isə 1000 dollar valyutanı ucuz qiymətlə satsa da, artıq bu qaydanın tətbiqinə son qoyulub. Qeyd edək ki, İranda mart ayına qədər 1 dollar 1200 tümən olduğu halda, martda məzənnə 1900 tümənə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR