Bank Of Baku

Suriya ordusu Hələb şəhərinə hücuma başlayıb

Suriya ordusu Hələb şəhərinə hücuma başlayıb
# 28 iyul 2012 10:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi Suriya hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.

Şəhərin ətrafında çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləşdirilib. Hələbin bir çox məhəllələrində hökumət qüvvələri ilə üsyançılar arasında şiddətli döyüşlər gedir. Ordu hərbi helikopterlərdən də istifadə edir. Hələbi tərk etməmiş əhali zirzəmilərdə gizlənməyə çalışır.

Suriyanın rəsmi mətbuatı Hələb uğrunda döyüşü “terrorçularla son döyüş” kimi qiymətləndirir. Hökumət şəhərdəki üsyançı qruplaşmaları darmadağın edərək ölkədəki böhrana son qoyacağını düşünür.

Qeyd edək ki, Hələb Suriyanın iqtisadi paytaxtı kimi qəbul olunur. Şəhər strateji əhəmiyyətinə görə həm hökumət, həm də üsyançılar üçün çox önəmlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR