Bank Of Baku

Suriyanın xarici işlər naziri İranda səfərdədir

Suriyanın xarici işlər naziri İranda səfərdədir
# 29 iyul 2012 14:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim İranda səfərdədir. APA-nın İran mətbuatına istinadən məlumatına görə, səfər çərçivəsində Suriya xarici siyasət idarəsinin rəhbəri iranlı həmkarı Əli Əkbər Salehi, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və bu ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək.

Qeyd edək ki, bundan əvvəl Suriya baş nazirinin müavini Ömər Qalavancinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti İranda bir neçə günlük səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR