Bank Of Baku

İran ABŞ və Avropa Birliyini beynəlxalq məhkəməyə verir

İran ABŞ və Avropa Birliyini beynəlxalq məhkəməyə verir
# 29 iyul 2012 16:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran ABŞ və Avropa Birliyini beynəlxalq məhkəməyə verməyə hazırlaşır.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın Prezident Administrasiyasının beynəlxalq hüquq işləri mərkəzinin rəhbəri Məcid Cəfərzadə bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı rəsmi Tehran iddia qaldırmaq niyyətindədir: “Artıq İrana qarşı BMT qərarlarından kənar sanksiyalar tətbiq edən ABŞ və Avropa Birliyi ilə əlaqədar hüquqi əməliyyatlar başladılıb. İran hüquqi əməliyyatlarını ən qısa zamanda müvafiq məhkəməyə təqdim edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR