Bank Of Baku

Suriyanın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili müxalifətin tərəfinə keçib

Suriyanın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili müxalifətin tərəfinə keçib
# 31 iyul 2012 08:03 (UTC +04:00)
Bakı – APA. Suriyanın Londondakı müvəqqəti işlər vəkili Xaled əl-Əyyubi vəzifəsindən istefa verərək müxalifətin tərəfinə keçdiyini bəyan edib. APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, diplomat öz əhalisinə qarşı amansız və qeyri-insani şəkildə davranan rejimi təmsil etmək istəmədiyini açıqlayıb.

Xəbəri şərh edən Böyük Britaniya Xarici İşlər Nazirliyi bu faktı Suriya rejiminə daha bir zərbə kimi qiymətləndirib: “Biz Bəşər Əsədin ətrafındakı digər insanları da Əyyubidən nümunə götürməyə və rejimin öz xalqına qarşı törətdiyi cinayətlərdə iştirak etməməyə, sülhü və Suriyanın azadlığını dəstəkləməyə çağırırıq”.

Qeyd edək ki, Suriyanın İraq, BƏƏ və Kiprdəki diplomatik nümayəndəliklərinin rəhbərləri də müxalifətin tərəfinə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR