Bank Of Baku

Liviyada rəsmi səfərdə olan İran Qızıl Aypara Cəmiyyətinin 7 əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb

Liviyada rəsmi səfərdə olan İran Qızıl Aypara Cəmiyyətinin 7 əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb
# 01 avqust 2012 11:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Liviyada 7 İran vətəndaşı qaçırılıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, qaçılan şəxslər İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarıdır. Onların Liviyanın Benqazi şəhərində silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir. İran vətəndaşları Liviya Qızıl Aypara Cəmiyyətinin binasından çıxdıqdan sonra “Tibesti” otelinə gedərkən yolda ayrı-ayrı nəqliyyat vasitəsilərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Maraqlıdır ki, onları aparan avtomobilin sürücüsü qaçırılmayıb.

Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Liviya Qızıl Aypara Cəmiyyətin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR