Bank Of Baku

Cənub Afrika Respublikası İrandan neft idxalını dayandırıb

Cənub Afrika Respublikası İrandan neft idxalını dayandırıb
# 03 avqust 2012 07:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Cənub Afrika Respublikası (CAR) İrandan neft idxalını dayandırıb. APA-nın məlumatına görə, rəsmi Keyptaun bu addımı ABŞ dövlət katibi Hillari Klintonun səfəri ərəfəsində atıb. CAR hökumətinin yaydığı açıqlamada İranın nüvə proqramı ilə bağlı tətbiq olunmuş ağır sanksiyalar səbəbindən bu ölkədən xam neft idxalının dayandırıldığı bildirilir.

Qeyd edək ki, ötən ay ölkənin neftə olan tələbatının böyük hissəsi Səudiyyə Ərəbistanından təmin olunub. Bundan əlavə, Anqola və Nigeriyadan da neft alınıb. Halbuki CAR 2011-ci ilin mayından 2012-ci ilədək xam neftə olan tələbatının 35 faizini İrandan idxal edib. CAR ABŞ Dövlət Departamentinin İrana qarşı sanksiyalardan azad etdiyi 18 ölkədən biridir. Ancaq bu ölkəyə verilən 180 günlük müddət başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR