Bank Of Baku

Suriya Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük İttifaqına daxil olmaq istədiyini bəyan edib

Suriya Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük İttifaqına daxil olmaq istədiyini bəyan edib
# 04 avqust 2012 08:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Suriya qısa zamanda Rusiya, Belarus və Qazaxıstan tərəfindən yaradılmış Gömrük İttifaqına daxil olmaq niyyətindədir. APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya baş nazirinin iqtisadiyyat məsələləri üzrə müavini Qədri Cəmil bildirib.

Moskvada səfərdə olan Suriya hökumətinin nümayəndə heyəti Rusiyadan kredit istəyib. Rəsmi Moskvanın yaxın həftələr içərisində bununla bağlı müvafiq qərar qəbul edəcəyi gözlənilir.

Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi iqtisadi embarqolar səbəbindən Suriyanın iqtisadi çətinliklərə məruz qaldığını deyən Qədri Cəmil hökumət və müxalif qruplar arasında dialoq cəhdlərindən də danışıb: “Yeni hökumət kabinəsində bir qisim müxalifət nümayəndələrinə də vəzifə vermək istəyirik. Ancaq onlar dialoq istəmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR