Bank Of Baku

İran Suriyada qaçırılan 48 zəvvarın azadlığa buraxılması üçün Türkiyədən kömək istəyib

İran Suriyada qaçırılan 48 zəvvarın azadlığa buraxılması üçün Türkiyədən kömək istəyib
# 06 avqust 2012 09:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, tərəflər əsasən Suriyadakı böhranı müzakirə ediblər. Əli Əkbər Salehi Suriyada qaçırılan 48 iranlı zəvvarın azadlığa buraxılması üçün Əhəmf Davudoğludan kömək istəyib. Türkiyəli nazir də bu məsələdə iranlı həmkarına yardımçı olacağına söz verib.

Bu arada Azad Suriya Ordusu qaçırılan zəvvarların İran İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) bağlı olduqlarını iddia edən bir video yayımlayıb. Materialda onların Suriyada kəşfiyyat apardıqları və bəzilərinin “Sepah” üzvləri olduğu bildirilir. Eyni zamanda onların əksəriyyətinin üzərində silah daşımağa icazə verən sənədlər də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR