Bank Of Baku

İran hökuməti ailə planlaması siyasətindən imtina edir

İran hökuməti ailə planlaması siyasətindən imtina edir
# 06 avqust 2012 09:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran əhalisinin sayını artırmaq üçün 20 ildir tətbiq olunan ailə planlaması siyasətindən imtina edir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, rəsmi Tehranın hədəfi əhalisinin sayı 150 ilə 200 milyon nəfərə çatdırmaqdır. Bunun üçün hər ailədə 1-2 deyil, ən azı 3 uşaq olması nəzərdə tutulur. Artıq hökumət ailə planlaması üçün ayrılan 15 milyon dollarlıq büdcədən əhalinin sayını artırmaq üçün istifadə edəcək.

Qeyd edək ki, İran əhalisinin sayı 75 milyon nəfərdir. 1980-ci ildən bəri ölkə əhalisinin sayında azalma müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR