Mübariz Əhmədoğlu: “İsrail özünün ən böyük reklamçısı olan İranın mövcudluğunda maraqlıdır”
Bakı-APA. ““Hizbullah” qeyri-sabit Livanda yaradılmış, İranın dövlət maraqlarına xidmət edən təşkilatdır. Bəziləri bunu terrorçu təşkilat hesab etdiyi halda, digərləri belə hesab etmir. “Hizbullahın” Livanda fəaliyyət göstərməsi üçün Livanda vəziyyətin xaotik olması vacib şərtdir. Ona görə İran Livanın xaotik vəziyyətdə qalmasında maraqlıdır”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Onun sözlərinə görə, “Hizbullahın” mövcudluğu təkcə şiələrə İranın dəstək verməsi anlamında başa düşülməməlidir: ““Hizbullah” İranın başqa bir dövlətin ərazisindəki dövlət maraqlarının daşıyıcısı və təsdiqidir. Dövlət marağı din marağını üstələdiyi üçün İran Fələstin məsələsini əlində bayraq edib. İranın siyasətinin ziddiyyətliliyinin biri də burdadır. İran elə başa düşür ki, o İsrailin qonşuluğunda hərbi və ya casus bazası yaradıbsa İsrail də İranın qonşuluğunda belə baza yaradacaqdır. İsrailin İranın qonşuluğunda belə baza yaratmaması üçün Livan kimi qeyri-sabit dövlətlər İranın qonşuluğunda olmamlıdır. İran isə qonşularına yeni təhdidlər yaratmaqla qeyri-sabitlik yaratmaq istəyir. Azərbaycan Livan deyil. Buradakı vəziyyəti nə İran, nə də ki, İsrail öz maraqlarına uyğun dəyişə bilməyəcəklər.
İsrail İran üçün qorxulu deyil və qorxulu ola da bilməz. Çünki nəinki İsrail dövlətinin, hətta, yəhudi xalqının bütün tarix boyu İran böyüklükdə təbliğatçısı olmayıb. Antitəbliğat təbliğatın bir növüdür. İranın vaxtilə İsraildən aldığı hərbi təyyarələrin böyük bir qisminin ehtiyat hissələri indinin özündə də gizli müqaviləyə əsasən İsraildən Türkiyə vasitəsilə İrana gətirilir. Azsaylı, amma həyati zəruri məhsullar da İsraildən İrana gətirilir. Yəhudi jurnalistləri “Armageddona qarşı casuslar” kitabının əvəzinə “İran müsəlmanları ərəb müsəlmanlarına qarşı İsrailin nökərçiliyində” adlı cild-cild kitablar yazmış olardılar. “İranqeyt” lə bağlı İsraildə heç nə açıqlanmırsa, deyilmirsə, deməli İsrail İrana qarşı mübarizə aparmır. İranın düşməni İsrail deyil. Yuxarıda deyildiyi kimi İran yəhudi millətinin ən böyük təbliğatçısıdır. İranın düşməni özüdür. İran təkcə özünün yox, bütünlükdə müsəlmanların düşmənidir. Şiələr İranın düşmənləri içərisində xüsusi yer tutur. Şiələrin, müsəlmanların maraqlarını guya müdafiə edir. Əslində isə onlara problem yaradır. Bunun üçün ilk öncə İran həmin şiələri zombiləşdirir. Qeyri-sabit Livanda “Hizbullah”ı yaratmazdan əvvəl bir qrup şiəni zombiləşdirdi. İndi Livandakı şiələr şüurlu şəkildə İranı seçiblər. Onlar üçün başqa heç bir yol yoxdur. Fələstin məsələsinin həlli bəlkə də vəziyyəti dəyişə bilərdi. İran Fələstin məsələsinin həllində maraqlı deyil. BMT-də Fələstin dövlətçiliyi məsələsi müzakirə olunarkən İran ABŞ və İsrail kimi müstəqil Fələstin dövlətinin yaradılmasının əleyhinə çıxdı. Guya Fələstin dövləti 1967-ci deyil, 1948-ci il sərhədlərində yaradılmalıdır. Amma hamı bilir ki, 1967-ci il sərhədlərindəki Fələstin dövlətinin yaradılması 1948-ci il sərhədlərindəki Fələstin dövlətinin yaradılması üçün zəruri addımdır. Eyni vəziyyəti İran Azərbaycan Respublikasında da arzulayır.
Azərbaycanda İrana sitayiş edən bir qrup adamın davranışlarına baxanda başa düşürsən ki, onlar şüurlu şəkildə din və İran seçimi qarşısında İranı seçiblər. Onların fikrincə, dinə yox, məhz İrana xidmət etməklə həm bu dünyanı, həm də o biri dünyanı qazanmaq olar. Həmtəriqətçilərini bu qədər incitmək yalnız İrana xas olan keyfiyyətdir. Əhalini toyuq ətinə və bir azdan daha zəruri tələbat malına həsrət qoya-qoya dünyanın başqa yerindəki şiələri də bu vəziyyətə salmağa çalışmaq yalnız İrana məxsus keyfiyyətdir.
İran ABŞ-ı, Qərbi nəzərə almadan, onların imkanlarını şişirtmədən öz müstəqil siyasətini qurmalı və aparmalıdır. ABŞ-ın və İsrailin İrana qarşı apardığı siyasətin təhlilindən gəldiyimiz nəticə budur ki, onlar çox asanlıqla İranın rəhbərliyindən özlərinə lazım olan reaksiyanı ala bilirlər. Çox sadə üsulldan istifadə etməklə ABŞ və İsrail asanlıqla İranı idarə edirlər.
İranlıların ali dini liderinin adı dünya mətbuatında son vaxtlar tez-tez hallandırılır. İndiki kontekstdə bu, o deməkdir ki, Qərbin hazırladığı İranı idarəetmə texnologiyaları iranlıların ali dini liderinin şəxsi davranışı üzərində qurulub. Bu isə onların iranlıların ali dini liderini hərəkətləri, davranışları, maneraları haqqında daha çox məlumata malik olduğunun göstəricidir. Yəqin ki, iranlıların ali dini liderinin ətrafında özlərinin adamları var. Əgər bu texnologiyaları hazırlayıbsalar, deməli, məsələ yaxın vaxtlarda bitməyəcək. Qərblilər bu texnologiyanı İranda onlara lazım olan vəziyyət alanadək davam etdirəcək”.
Asiya
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Xəbər Lenti
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ