Bank Of Baku

Bəşər Əsəd Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyəcək

Bəşər Əsəd Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyəcək
# 06 avqust 2012 12:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Suriya prezidenti Bəşər Əsəd İranın paytaxtı Tehran şəhərində keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə sammitin təşkilat komitəsinin üzvü Məhəmmədrza Furkani açıqlama verib. O bildirib ki, bəzi xarici media vasitələri sammitlə bağlı mənfi təbliğat aparır: “Media qurumlarından sammitə aid doğru xəbərlər yaymağı və mətbuat məsuliyyətinə əməl etmələrini istəyirik. Bəşər Əsədin sammitə qatılacağı ilə bağlı xəbərlər də yayılıb. Bu, doğru deyil. O, İrana səfər etməyəcək”. M. Furkani əlavə edib ki, Türkiyə prezidenti Abdulla Gül və Rusiya dövlət başçısı Vladimir Putun də sammitə dəvət edilib: “Lakin onların da sammitə qatılıb-qatılmayacaqları hələlik dəqiqləşməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR