Bank Of Baku

İranda ilk dəfə olaraq döyüş təyyarələrini müəyyən edən passiv radar istehsal olunub

İranda ilk dəfə olaraq döyüş təyyarələrini müəyyən edən passiv radar istehsal olunub
# 06 avqust 2012 13:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranda ilk dəfə olaraq İsfahan Texniki Universitetində döyüş təyyarələrini müəyyən edən passiv radar istehsal olunub. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İsfahan Texniki Universitetinin radar araşdırma qrupunun üzvü Ataullah Batıni açıqlama verib. O bildirib ki, İsfahan İranın radar istehsalı mərkəzidir: “Universitetimizdə istehsal edilən yeni radarlar döyüş təyyarələrini müəyyən etmək məqsədi ilə hava hücumundan müdafiə sistemlərində istifadə ediləcək. Radarlar düşmənin onu təsbit edə bilməyəcək formada hazırlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR