Bank Of Baku

Hüseyin Nakavi Hüseyni: “ İran kəşfiyyatı Mİ-6, CİA və “Mossad”ın fəaliyyətinə nəzarət edir”

Hüseyin Nakavi Hüseyni: “ İran kəşfiyyatı Mİ-6, CİA və  “Mossad”ın fəaliyyətinə nəzarət edir”
# 07 avqust 2012 10:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran bəzi ölkələrin kəşfiyyat orqanlarının fəaliyyətinə nəzarət edir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin beynəlxalq təhlükəsizlik və xarici siyasət komissiyasının sözcüsü Hüseyin Nakavi Hüseyni deyib. O bildirib ki, İran kəşfiyyatı İsrailin “Mossad”, ABŞ-ın CİA və Böyük Britaniyanın Mİ-6 kəşfiyyat orqanlarının terror, suiqəsd və təxribat əməllərini təsbit edərək, qarşısını alıb: “Həbs edilən terrorçular əmrlərin “Mossad”, Mİ-16 və CİA-dan aldıqlarını etiraf ediblər. İran kəşfiyyatının diqqətli olması nəticəsində düşmənlərin oyunları boşa çıxıb. İranlı nüvə alimlərinə qarşı sui-qəsd törədənlərin ələ keçirilməsi İran kəşfiyyatının CİA, Mİ-6 və “Mossad”ın fəaliyyətinə nəzarət etməsindən xəbər verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR