Bank Of Baku

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Suriya prezidenti ilə görüşüb

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Suriya prezidenti ilə görüşüb
# 07 avqust 2012 16:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Suriyada səfərdə olan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra İranın ərəb dilində yayımlanan “Əl-Aləm” telekanalına açıqlama verən S. Cəlili rəsmi Tehranın avqustun 4-də Suriyada qaçırılmış 48 iranlı zəvvarın sağ-salamat azad edilməsi üçün bütün kanalları istifadə etdiyini bildirib. Onun sözlərinə görə, İran yalnız vətəndaşlarını qaçıran müxaliflərin deyil, bu silahlı qruplara dəstək verən xarici ölkələrin də məsuliyyət daşıdığını hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR