Bank Of Baku

İranın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşüb

İranın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşüb
# 08 avqust 2012 01:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avqustun 7-də gözlənilmədən Türkiyəyə səfər edən İranın xarici işlər naziri Əli Əkbər Salehi axşam saatlarında türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə bölgədə baş verən hadisələr və Suriyadakı son vəziyyət əsas müzakirə mövzusu olub. Tərəflər Suriyada vəziyyətin dəhşətli hal aldığını və qanlı hadisələrin dayanmasının vacib olduğunu vurğulayıblar. Bundan əlavə, nazirlər regional məsələlər çərçivəsində Misir, Liviya, Tunis, Somali və Myanmadakı vəziyyəti müzakirə ediblər və yaxın günlərdə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısı ilə bağlı fikir mübadiləsi aparıblar. Ə. Davudoğlu son günlərdə İranın bəzi rəsmilərinin Türkiyənin ünvanına səsləndirdikləri ittihamlara toxunaraq, iranlı həmkarına rəsmi Ankaranın məsələ ilə bağlı narazılığını çatdırıb. Ə. Salehi isə öz növbəsində rəsmi səviyyədə açıqlamalara etibar edilməsi lazım olduğunu və Türkiyənin mesajlarını İran rəhbərliyinə çatdıracağını deyib. O, həmçinin avqustun 4-də Suriyada qaçırılmış 48 iranlı zəvvarın sərbəst buraxılması üçün bir daha Türkiyədən yardımçı olmasını xahiş edib. Ə. Davudoğlu da Türkiyənin bu məsələdə əlindən gələn köməkliyi əsirgəməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR