Bank Of Baku

İran xarici işlər naziri BMT baş katibinə müraciət edib

İran xarici işlər naziri BMT baş katibinə müraciət edib
# 08 avqust 2012 11:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran xarici işlər naziri Əli Əkbər Salehi Suriya və Liviyada qaçırılmış İran vətəndaşları ilə bağlı BMT baş katibi Pan Gi Muna məktub göndərib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, məktubda bu məsələdən İran hökuməti ilə yanaşı, qaçırılan şəxslərin ailələrinin də narahat olduğu bildirilir. Həmçinin qeyd olunur ki, İran vətəndaşlarının təhlükəsizliyindən bu işi həyata keçirən qruplar məsuliyyət daşıyır: “Onlardan müdafiə məqsədilə istifadə olunması beynəlxalq hüquqa və insan haqlarına ziddir”. Məktubun sonunda İranın xarici işlər naziri ölkə vətəndaşlarının sərbəst buraxılması üçün BMT-nin əməkdaşlığının vacib olduğunu deyərək baş katibdən yardım tələb edir.

Qeyd edık ki, avqustun 1-də Liviya Qızıl Aypara Cəmiyyətin dəvəti ilə bu ölkədə səfərdə olan İran Qızıl Aypara Cəmiyyətinin 7 əməkdaşı Benqazi şəhərində silahlı şəxslər tərəfindən qaçırılıb. Avqustun 4-də isə Suriyanın paytaxtı Dəməşq şəhərində 48 iranlı zəvvar girov götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR