Bank Of Baku

Yevgeni Primakov: “İsrailin İranın nüvə obyektlərini bombalamağa cəhd etməsi bölgədə sabitliyi poza bilər”

Yevgeni Primakov: “İsrailin İranın nüvə obyektlərini bombalamağa cəhd etməsi bölgədə sabitliyi poza bilər”
# 09 avqust 2012 09:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Rusiyanın sabiq baş naziri Yevgeni Primakov İsrailə İranla macəraların yaxşı qurtarmayacağı barədə xəbərdarlıq edib. APA-nın İRNA-ya istinadən məlumatına görə, Y. Primakov bildirib ki, İsrailin İranın nüvə obyektlərini bombalamağa cəhd göstərməsi bölgənin sabitliyini poza bilər: “Düzdür, İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalı çox azdır. Ancaq belə bir hücumun nəticələri İran üçün kiçik, bölgə üçün böyük təhlükə kəsb edəcək. İsrailin hərbi təhdidləri və sözləri İranın gündən-günə artan gücü ilə mübarizədə psixoloji döyüşdür. ABŞ bu şərtlərdə, özü də prezident seçkilərinin keçiriləcəyi ərəfədə belə bir hücumun olmasını istəməz və İsrailə də mane olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR