Bank Of Baku

Mahmud Əhmədinejad: “Əsədə qarşı müxaliflərə silah verən ölkələr əslində Suriya xalqının düşmənləridir”

Mahmud Əhmədinejad: “Əsədə qarşı müxaliflərə silah verən ölkələr əslində Suriya xalqının düşmənləridir”
# 09 avqust 2012 09:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın siyasəti Suriya xalqının haqq və hüquqlarına hörmət bəsləmək ьzərində qurulub”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, avqustun 9-da Tehranda, avqustun 13-də isə Məkkədə keçiriləcək yığıncaq Suriya probleminin diplomatik yolla həlli üçün yaxşı fürsət olacaq: “Eyni zamanda bu toplantılar Suriyaya qarşı hərbi müdaxilə cəhdinin qarşısının alınması üçün vəsilə olacaq”. M. Əhmədinejad deyib ki, bəzi dövlətlərin Suriyanın daxili işlərinə müdaxilə cəhdləri bu ölkədəki böhranın daha da dərinləşməsinə səbəb olur: “Suriyadakı müxaliflərə silah verən ölkələr əslində Suriya xalqının düşmənləridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR