Bank Of Baku

İran Suriyada qaçırılmış zəvvarların öldüyünə dair xəbəri təkzib edib

İran Suriyada qaçırılmış zəvvarların öldüyünə dair xəbəri təkzib edib
# 09 avqust 2012 14:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Suriyada qaçırılmış 48 iranlı zəvvardan üçünün öldüyünə dair xəbəri təkzib edib. APA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin rəsmisi Müctəba Firovsipur “Əl-Aləm” telekanalına açıqlamasında deyib ki, mətbuatda çıxan məlumatlar doğru deyil və bütün girovlar sağ-salamatdır: “Onların öldüklərinə dair heç bir məlumat yoxdur. Ona görə də bu mövzuda yazılan xəbərlər əsassızdır”.

Onun sözlərinə görə, zəvvarların azad edilməsi üçün Türkiyə, Qətər və BMT-dən yardım istənilib: “İran bu məsələdə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanını günahlandırmır, lakin bu ölkələrlə suriyalı müxaliflər arasında əlaqə olduğunu bildiyindən onlardan zəvvarların xilası üçün səy göstərmələrini istəyir”.

Qeyd edək ki, Suriya Azad Ordusuna yaxın mənbələr qaçırılan 48 iranlı zəvvardan üçünün hökumət qüvvələrinin bombardmanı nəticəsində öldüyünü açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR