Bank Of Baku

İranda Suriyada böhranın həlli məqsədilə beynəlxalq konfrans keçirilib

İranda Suriyada böhranın həlli məqsədilə beynəlxalq konfrans keçirilib
# 10 avqust 2012 10:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Avqustun 9-da İranın paytaxtı Tehran şəhərində Suriyadakı böhranın həlli məqsədilə beynəlxalq konfrans keçirilib. APA-nın İRNA-ya istinadən məlumatına görə, toplantıda İranla birlikdə 29 ölkənin nümayəndəsi iştirak edib. Konfransa Çin, Rusiya, Belarus, Mavritaniya, İndoneziya, Qırğızıstan, Gürcüstan, Türkmənistan, Benin, Şri-Lanka, Ekvador, Əfqanıstan, Pakistan, Əlcəzair, İraq, Zambiya, Oman, Venesuela, Tacikistan, Hindistan, Qazaxıstan, Ermənistan, Nikaraqua, Kuba, Sudan, İordaniya, Tunis, Fələstin və BMT-nin Tehrandakı nümayəndəsi qatılıb. Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı konfransa çağırılmayıb. Toplantıda yalnız İraq, Pakistan və Zambiyanın xarici işlər naziri iştirak etdiyi halda, digər ölkələr müavinlər, köməkçilər və səfirlər səviyyəsində təmsil olunub. Tədbirdə bir an öncə Suriyadakı şiddətin dayandırılması üçün iqtidar və müxalifət dialoqunun başlanması zəruri sayılıb və İranın bu müzakirələrə ev sahibliyi etməyə hazır olduğu qeyd olunub. Eyni zamanda toplantı iştirakçıları Suriyadakı böhranın həll edilməsi üçün hər cür xarici müdaxiləyə qarşı olduqlarını vurğulayaraq, BMT-nin Suriya üzrə keçmiş nümayəndəsi Kofi Annanın 6 maddəlik planının tətbiq olunmasını istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR