Bank Of Baku

Səudiyyə Ərəbistanı İsrailə xəbərdarlıq edib

Səudiyyə Ərəbistanı İsrailə xəbərdarlıq edib
# 10 avqust 2012 11:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Səudiyyə Ərəbistanı İsrailə İranla bağlı xəbərdarlıq edib. APA-nın məlumatına görə, İsraildə nəşr olunan “Yedioth Ahronot” qəzeti yazıb ki, rəsmi Ər-Riyad İranın nüvə obyektlərini bombalamaq üçün onun hava məkanından istifadə edəcəyi təqdirdə Təl-Əvivə məxsus təyyarələri vuracağını açıqlayıb. Qəzetin xəbərinə görə, Səudiyyə Ərəbistanı bunu İsrail rəhbərliyinə ABŞ vasitəsilə çatdırıb.

Ancaq “Yedioth Ahronot” qəzetinin xəbərinə münasibət bildirən İsrailin müdafiə naziri Ehud Barak ABŞ tərəfindən onlara belə bir mesajın gəlmədiyini bəyan edib: “Səudiyyə Ərəbistanı öz mənafeyi çərçivəsində hərəkət edən suveren bir dövlətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR