Bank Of Baku

İsrail İranın mümkün raket hücumuna qarşı yeni müdafiə sisteminin tətbiqinə başlayıb

İsrail İranın mümkün raket hücumuna qarşı yeni müdafiə sisteminin tətbiqinə başlayıb
# 13 avqust 2012 10:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrana qarşı mümkün hərbi əməliyyat İsraili regional miqyaslı savaşa soxa bilər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail Silahlı Qüvvələrinin əməliyyat bölməsinin keçmiş komandanı, general Yesrail Zaif deyib. Onun sözlərinə görə, İsrail ABŞ və Avropanın təsdiqi olmadan uzunmüddətli müharibəyə davam gətirə biləcək gücdə deyil: “Dolayısı ilə belə bir döyüş qısa və ya uzun müddətdə yalnız İranın lehinə olar”.

Qeyd edək ki, İranın nüvə proqramından böyük narahatlıq keçirən İsrail yeni müdafiə sisteminin tətbiqinə başlayıb. Bu ilin sentyabrından etibarən aktiv olacaq qısa mesaj həyəcan sisteminin pilot tətbiqi avqustun 12-də həyata keçirilib. İsraildə GSM xidməti verən üç böyük şirkət ölkə silahlı qüvvələrindən gələcək mümkün raket həyəcanını anında SMS olaraq abunəçilərinə göndərmək məcburiyyətində olacaq. Mesaj ibrani, ərəb, ingilis və rus dillərində göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR