Bank Of Baku

Urmiyalı millət vəkili əyləncəli veriliş yayımlayan İran dövlət televiziyasına etiraz edib

Urmiyalı millət vəkili əyləncəli veriliş yayımlayan İran dövlət televiziyasına etiraz edib
# 13 avqust 2012 16:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində xeyli insan itkisi olduğu halda İranın dövlət kanallarından olan “Kanal 3” əyləncəli veriliş yayımlayıb. APA-nın məlumatına görə, bu barədə Urmiyadan millət vəkili seçilən Nadir Qazipur İran parlamentində çıxışı zamanı bildirib. Deputat matəm günlərində belə bir verilişin yayımına etiraz edib: “Evlər dağılıb, ölənlər, yaralılar var. Lakin “Kanal 3” bu ağır vəziyyəti nəzərə almadan dünən axşam saatlarında əyləncəli proqram yayımlayıb”.

N. Qazipur zəlzələ nəticəsində rəsmi rəqəmlərə görə Herisdə, Əhərdə və Vərziganda 300-dən çox insanın öldüyünü xatırladaraq bütün İranda matəm günü elan edilməməsinə də narazılığını bildirib: “Biz İran prezidenti Mahmud Əhmədinejaddan ölkədə matəm elan etməsini gözləyirdik. Lakin o bunu etmədi”.

Qeyd edək ki, avqustun 11-də İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 337 kəndə ciddi zərər dəyib. Rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 306 nəfər ölüb, 3000-dən çox insan yaralanıb.

Təbii fəlakətlə əlaqədar Şərqi Azərbaycan vilayətində iki günlük matəm elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR