Bank Of Baku

NATO-nun Liviyadakı hərbi əməliyyatlar üzrə komandanı: “ABŞ və İsrailin İrana qarşı hər cür hərbi müdaxiləsinin əleyhinəyik”

NATO-nun Liviyadakı hərbi əməliyyatlar üzrə komandanı: “ABŞ və İsrailin İrana qarşı hər cür hərbi müdaxiləsinin əleyhinəyik”
# 14 avqust 2012 10:43 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun Liviyadakı hərbi əməliyyatlar üzrə komandanı, general Çarls Buçard (Charles Buchard) deyib.

Onun sözlərinə görə, belə bir hücum İslam dünyasını Qərb və İsrailə qarşı birləşdirəcək: “NATO və ya BMT Təhlükəsizlik Şurası yaxın gələcəkdə belə bir hərbi müdaxiləni əsla dəstəkləməyəcək. İsrailin də bütün bölgədə xaosa səbəb olacaq addım ataraq İranın nüvə obyektlərini bombalamayacağına inanıram”.

NATO komandanı Suriya məsələsinə də toxunub: “Suriya Liviyaya əsla bənzəmir. Bəşər Əsədin vəzifəsindən alınması xaosa səbəb olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR