Bank Of Baku

İranında baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalmış 3 nəfər sağ çıxarılıb

İranında baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalmış 3 nəfər sağ çıxarılıb
# 14 avqust 2012 23:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalmış 3 nəfər sağ çıxarılıb. APA-nın məlumatına görə, hər 3 şəxs Vərzigan sakinidir. Onlardan ikisi 5 nəfərlik ailənin yeganə sağ qalan üzvləridir. Sağ çıxarılan qadın isə Vərziganın Sərxagu kəndinin sakinidir və 4 uşaq anasıdır.
Qeyd edək ki, İranın Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, fəlakət bölgəsində avqustun 12-də xilastemə işləri dayandırılıb. Lakin yerli əhali dağıntılar altında qalmış qohumlarını hələ də axtarmağa davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR