Bank Of Baku

Yəmənin müdafiə nazirliyinin qarşısında baş vermiş toqquşmada 5 nəfər öldürülüb

Yəmənin müdafiə nazirliyinin qarşısında baş vermiş toqquşmada 5 nəfər öldürülüb
# 15 avqust 2012 02:27 (UTC +04:00)
Bakı-APA. Yəmənin paytaxtı Səna şəhərində sabiq prezident Əli Abdallah Salehin tərəfdarlarının müdafiə nazirliyinin binasına hücum etməsi nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın İnterfax agentliyinə verdiyi xəbərə görə, binaya hücum edənlər Salehin oğlunun başçılıq etdiyi Respublikaçılar qvardiyasının dəstələri olub.

Hücum edənlər pulemyot və qumbaraatanlardan istifadə edib.

Lakin nazirliyin təhlükəsizlik xidməti hücumu dəf edib və hücum edənlərdən 18 nəfər həbs edib.

Baş vermiş hadisə ölkə prezidentinin Respublika qvardiyasının ləğv olunmasına dair verdiyi sərəncamla bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR