Bank Of Baku

İsrail Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri: “İrana hərbi müdaxilə məsələsində İsrail siyasi rəhbərliyi ilə kəşfiyyat orqanlarının rəsmiləri arasında fikir ayrılığı var”

İsrail Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri: “İrana hərbi müdaxilə məsələsində İsrail siyasi rəhbərliyi ilə kəşfiyyat orqanlarının rəsmiləri arasında fikir ayrılığı var”
# 15 avqust 2012 12:48 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri Amnon Lipkin Şahak deyib.

İsraildə nəşr olunan “Times İsrael” qəzetinin yazdığına görə, 1995-1998-ci illər arasında İsrail Silahlı Qüvvələri Baş Qərargahına rəhbərlik edən A. Şahak deyib ki, bu məsələdə ölkənin siyasi rəhbərliyi ilə kəşfiyyat orqanlarının rəsmiləri arasında fikir ayrılığı var: “Fərz edək ki, siyasi liderlərlə təhlükəsizlik orqanı rəsmilərinin əldə etdikləri məlumatlar eynidir. Bəs nə üçün gəldikləri nəticələr fərqlidir? Ona görə də mən İrana hərbi müdaxilə edilməsinə qarşı olan kəşfiyyat orqanlarının rəhbərlərini dəstəkləyirəm. Çünki onlara inanıram, onların fikri mənim üçün əhəmiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR