Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətində yenidən zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində yenidən zəlzələ baş verib
# 15 avqust 2012 21:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətin yenidən episentri Vərzigan olan zəlzələ baş verib. APA-nın məlumatına görə, 5 bal gücündə yerli vaxtla saat 17:49-da qeydə alınan zəlzələ Təbrizdə də hiss edilib. Yerin 4 km dərinliyində baş verən zəlzələ nəticəsində Vərziganda yenidən dağıntılar olub. Yeni yaralıların olması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində avqustun 11-də baş verən zəlzələ nəticəsində Əhərin, Herisin və Vərziganın 155 min sakini zərər çəkib. Rəsmi rəqəmlərə görə, 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR