Bank Of Baku

İsrailin keçmiş mülki müdafiə naziri: “İranla İsrail arasında müharibə bir ay davam edəcək”

İsrailin keçmiş mülki müdafiə naziri: “İranla İsrail arasında müharibə bir ay davam edəcək”
# 16 avqust 2012 00:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla İsrail arasında müharibə böyük ehtimalla bir ayadək davam edər”. APA-nın məlumatına görə, bunu İsrailin keçmiş mülki müdafiə naziri Matan Vilnay bildirib. İsrailin Çindəki səfiri vəzifəsinə təyin olunmuş M. Vilnay ölkəsini tərk etməzdən əvvəl “Maariv” qəzetinə verdiyi müsahibəsində deyib ki, İranla müharibə bir neçə cəbhədə birdən meydana gələcək və Təl-Əviv və digər şəhərlərə atılacaq raketlər təxminən 500 nəfərin ölümünə səbəb olacaq: “Hisslərə qapılmaq zamanı deyil. İsrail hücum etmək qərarına gəlsə, bunun nəticələri ilə üzləşməyi gözə alıb. Biz 500 israillinin həyatını itirəcəyini təxmin edirik. Ancaq bu rəqəm daha çox, ya da daha az ola bilər”.

Onun sözlərinə görə, İsrail İranla müharibəyə hazırdır: “İsrail heç vaxt olmadığı kimi müharibəyə hazırdır. Lakin İranın nüvə obyektlərinə ediləcək hər hansı bir hücumun ABŞ-la razılaşdırılması lazımdır. Çünki ABŞ bizim ən böyük dostumuzdur və belə işləri mütləq onlarla koordinasiya etməliyik. Ancaq məsələ ondadır ki, toqquşma lazımdırmı? Müharibə elə bir şeydir ki, onu təxirə salmaq, ölçüb-biçmək lazımdır. Çünki biz müharibənin 30 gün boyunca bir neçə cəbhədə davam edəcəyini ehtimal edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR