Bank Of Baku

Suriya hökuməti BMT-nin Koordinasiya bürosunun Dəməşqdə yerləşdirilməsinə razılıq verib

Suriya hökuməti BMT-nin Koordinasiya bürosunun Dəməşqdə yerləşdirilməsinə razılıq verib
# 17 avqust 2012 02:25 (UTC +04:00)
Bakı-APA. Suriya hökuməti BMT müşahidə missiyasını əvəz edəcək
BMT-nin Koordinasiya bürosunun avqustun 20-də Dəməşqdə yerləşdirilməsinə razılıq verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Baş katibinin sülhməramlı əməliyyatlar üzrə köməkçisi Edmond Mulle bəyan edib.

Onun sözlərinə görə, Koordinasiya bürosunda Suriyadakı BMT missiyasının əməkdaşları işləyəcək. O bildirib ki, Koordinasiya bürosunun üzvlərində müşahidəçi statusu olmayacaq. Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının müvafiq mandatı tələb olunur. Büronun işini BMT-nin Baş katibi idarə edəcək. Orada əsasən hərbi mütəxəssislər işləyəcək və Suriyadakı vəziyyətlə bağlı Baş katibi məlumatlandıracaqlar. Bundan başqa büro humanitar məsələlərlə də məşğul olacaq.
Xatırladaq ki, bir qədər əvvəl BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı müşahidə missiyasının mandatının uzadılmamasına qərar verib. Bunun yerinə BMT TŞ-da Suriyada BMT-nin Koordinasiya bürosunun yaradılması barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR