Bank Of Baku

İranın Tehran vilayətində zəlzələ baş verib

İranın Tehran vilayətində zəlzələ baş verib
# 17 avqust 2012 23:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Tehran vilayətində bu gün yerli vaxtla saat 01:29-da zəlzələ baş verib. APA-nın məlumatına görə, 3.8 gücündə olan zəlzələ Bumhən şəhərində qeydə alınıb. Dağıntıların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Zəlzələ Bumhənə qonşu şəhərlərdə də hiss edilib. Təşvişə düşən əhali bayıra çıxıb və evlərinə daxil olmağa qorxurlar.
Qeyd edək ki, Bumhən şəhəri Tehranın şimal-şərqində yerləşir və əhalisi 40 min nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR