Bank Of Baku

Amerikalı senator: “ İrana qarşı yeni sanksiyalar prezident seçkilərindən dərhal sonra qəbul edilməlidir”

Amerikalı senator: “ İrana qarşı yeni sanksiyalar prezident seçkilərindən dərhal sonra qəbul edilməlidir”
# 06 oktyabr 2012 11:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ Ümid edirəm ki, İrana qarşı yeni sanksiyalar ABŞ-da keçiriləcək prezident seçkilərindən dərhal sonra qəbul ediləcək”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ Konqresinin senatoru, Demokrat Partiyasının üzvü Robert Menendes deyib.

İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici banklara qarşı yeni cərimələrin tətbiq edilməsinə çalışan R. Menendes bildirib ki, demokrat senator Hovard Berman ilə birgə İrana qarşı əlavə sanksiyalar paketinin üzərində çalışır: “ Biz xarici banklarda saxlanılan İranın valyuta ehtiyatının təxminən 30 faizinin dondurulması üçün yeni yollar axtarırıq. Ümid edirəm ki, İrana qarşı əlavə sanksiyalar paketi ABŞ-ın illik qanun layihələrinin bir parçası olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR