Bank Of Baku

ABŞ-a sığınmış iranlı operatorla bağlı yeni faktlar ortaya çıxıb

ABŞ-a sığınmış iranlı operatorla bağlı yeni faktlar ortaya çıxıb
# 06 oktyabr 2012 15:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejadın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində BMT Baş Assambleyasının 67-ci sessiyasına qatılmaq üçün ABŞ-a səfər etdikdən sonra ölkəsinə dönməyən İran Dövlət Teleradio Təşkilatının operatoru Həsən Gülxənbanla bağlı yeni faktlar ortaya çıxıb. APA-nın məlumatına görə, BMT Baş Assambleyasının 66-cı sessiyasının ötənilki toplantısı üçün Nyu-Yorka səfər edən operatorla ABŞ kəşfiyyatının əlaqə qurduğu bildirilir. Məlumatlara görə, ABŞ kəşfiyyatının təklifini qəbul edən H. Gülxənban bu il Nyu-Yorka uçmazdan əvvəl iki çantanı çəkdiyi videogörüntülər olan CD-lərlə doldurub. İran nümayəndə heyəti çantalarda axtarış aparmadığı üçün bu CD-ləri rahatlıqla ölkədən çıxararaq ABŞ rəsmilərinə təslim edib. Bu videogörüntülər arasında İran prezidenti Mahmud Əhmədinejad və ölkənin ali dini lideri, Ayətullah Əli Xamneyinin “Nətənz”, “Fordo” nüvə obyektlərinə, Parçin və Əmirabada həyata keçirdiyi səfərlər var. Bu səfərlər əsnasında hər iki şəxsə nüvə obyektləri haqqında məlumatlar verilib, bunların içərisində İranın nüvə proqramı haqqında önəmli informasiyalar da olub. Ancaq H. Gülxənbanın sığınacaq tələbini nə vaxt etdiyi və hazırda harada olduğu bilinmir. İran tərəfindən isə məsələ ilə bağlı hələ heç bir açıqlama verilməyib.
Xəbərdə həmçinin bildirilir ki, H. Gülxənbanın ABŞ-a qaçmazdan əvvəl ötən ay həyat yoldaşını və iki uşağını Türkiyəyə göndərib. H. Gülbənxanın həyat yoldaşı və uşaqlarının Türkiyədən ABŞ-a getdikləri vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR