Bank Of Baku

İran AEBA qarşısında şərt qoyub

İran AEBA qarşısında şərt qoyub
# 07 oktyabr 2012 03:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran bu ilin dekabr ayında Finlandiyada “Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsi” mövzusunda keçirilməsi planlaşdırılan toplantıda iştirak etmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) qarşısında şərt qoyub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib ki, İran İsrailin də nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinə (NPT) üzv olmasını istəyir: “İran “Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsi” mövzusunda keçiriləcək toplantıya qatılmaq barədə qərar verməyib. Çünki İsrail beynəlxalq qanunları və konvensiyaları heçə saydığı müddətcə Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsini gözləmək faydasızdır”. İranın 1974-cü ildə Kütləvi qırğın silahlarının məhv edilməsi Konvensiyasına qoşulduğunu deyən Ə. Sultaniyə ölkəsinin hər zaman kütləvi qırğın silahlarının aradan qaldırılmasına dəstək verdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR